“Whatsapp”a fərqli yazı üslubları gəldi

“WhatsApp”da artıq günlərdir fərqli yazı üslubları sınaqdan keçirilir.

Yenilik artıq tam aktivləşdirilib.

İndi mətnləri qalın şriftlərlə, üstündən xətt çəkməklə və ya incəldib yazmaq olar. Bundan ötrü ayrıca işarələrdən faydalanmaq lazımdır.

Mətni qalın hərflərlə yazmaq üçün ulduz işarəsindən yararlanmaq yetər. ( *bold*)

İncə hərflə yazmaqdan ötrü sözün əvvəlinə və sonuna aşağıdan xətt işarəsi artırılmalıdır ( _italics_ ).

Mətnin üstündən xətt çəkmək üçün dalğalı işarədən yararlanmaq gərəkir. (~tilde~).

Mətni həm qalın, həm də yana əyilmiş formada yazmaqdan ötrü altdan xətt və ulduz işarəsindən birgə istifadə etmək lazımdır. (Maide.az)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

17 − 9 =