İranın müdafiə naziri Zakir Həsənov və Seyran Ohanyanla danışdı
İranın müdafiə naziri Hüseyn Dehqan Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə telefon əlaqəsi yaradıb.
İranlı general bu gün Zakir Həsənov və Seyran Ohanyanla telefon əlaqəsi saxlayıb. O, tərəfləri hərbi əməliyyatları dayandırmağa və təmkin nümayiş etdirməyə dəvət edib.
İranlı general həmkarlarını Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün fəaliyyətləri davam etdirməyə çağırıb. Hüseyn Dehqan İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib. /SalamNews/