Əlixan Musayevin pasportu əlindən alınaraq haqqında cinayət işi açılıb
Azərbaycanlı sələfi lideri Əlixan Musayev bu gün Xətai Rayon prokrorluğuna çağrılıb. İslaminSesinin redaksiyasının poçt ünvanına məlumat daxil olub. Məlumatda bildirilir ki, Azərbaycanlı sələfi lideri Əlixan Musayev bu gün Xətai Rayon prokrorluğuna çağrılmış, ona barəsində cinayət işinin açıldığı bildirilmiş və xarici pasportu əlindən alınmışdır.
Xatırladaq ki, bir neçə gün əvvəl bəhs olunan şəxsin səs yazısı yayılmışdı. Həmin səs yazısında Əlixan Musayev İŞİD-i dəstəkləməsi, öldürülən terrorçuların şəhid sayılması və onlara qoşulmağın “din”i baxımdan vacib olduğunu bildirmişdir.