Misirin dini və elmi çevrələri Qərdavini hədəfə aldı
SizinYol.com xəbər verir ki, Misirin tanınmış dini və elmi şəxsiyyətlərindən olan Mukarram Muhəmməd və Suleyman Cudeh, Qərdavini tənqid edərək deyib: Qərdavinin ifratçı və vəhabi siyasətləri və addımları Misir və Afrika müsəlmanları arasında ixtilafları gücləndirir. Qərdavinin hərəkətləri qarşıdurma və İslamın zəifləməsinə xidmət edir. Qərdavi kimi şəxslər məzhəblər arasında təfriqə yox, yaxınlaşma üçün çalışmalıdır. Bəzi qüvvələr bizim tez-tez sünni, şiə sözlərini işlətməyimizdə maraqlıdır.